Binəqədi bələdiyyələrində formalaşan “ictimai-humanitar” sektorlarının rəhbərləri ilə növbəti görüş keçirilib.
Keçirilən görüşdə Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçiləri Elnur Məmmədov, Seymur Hacıyev, Leyla Kərimova, ictimai-humanitar sektorların rəhbərləri və RiH-də təcrübə keçən ASAN könüllüləri iştirak ediblər.
Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov rayon icra hakimiyyəti başçısının 2017-ci il aprelin 4-də bələdiyyə sədrləri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi tövsiyələrlə əlaqədar məlumat vermiş, ictimai-humanitar sektorların vergi təbliğatı sahəsində maarifləndirmə işlərini daha səmərəli şəkildə qurmalı olduqlarını vurğulayıb.
Daha sonra yaxın günlərdə start veriləcək “Vergi olimpiadası” layihəsi haqqında geniş məlumat verilmiş və layihənin proqramı müzakirə edilmişdir. Qarşılıqlı müzakirə zamanı layihə ilə bağlı bələdiyyələrin ictimai-humanitar sektorlarına tövsiyələr verilmişdir. Eyni zamanda sektorların rəhbərlərinin və görüşdə iştirak edən ASAN könüllülərin təklif və fikirləri dinlənilmiş, sualları cavablandırılmışdır.
Belediyye.info